"Neftçi"nin azarkeşlərə sürprizi

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Sperantsa” oyunu öncəsi azarkeşlər üçün xüsusi fanzona yaradılacaq.

Sportline.az xəbər verir ki, “Red Bull” və “Lalafo”nun dəstəyi ilə "Neftçi" klubunun təşkil etdiyi fanzonada müxtəlif əyləncələr olacaq.

Fanzonanın bütün təkliflərindən yararlanmaq üçün oyuna iki saat qalmış "Bakcell Arena"da olmaq vacibdi.

Bugünkü qarşılaşma üçün qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edən biletləri isə “Bakcell Arena”nın kassalarından, həmçinin “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarından və “Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündü.

Qeyd edək ki, “Neftçi” – “Sperantsa”  matçı saat 21:00-da başlayacaq.