"Neftçi"nin baş məşqçisi cəzalandırıldı

AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

Sportline.az xəbər verir ki, qurum Premyer Liqada və I divizionda baş vermiş neqativ hadisələrə hüquqi qiymət verib.

XIII turun “Keşlə” – “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

XIII turun “Qəbələ” – “Zirə” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

XIII turun “Səbail” – “Neftçi” matçında “Səbail”in futbolçusu Eltun Yaqublu ilə “Neftçi”nin meneceri Qədir Həsənov arasında mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə onları cəza gözləyir;

Oyun başa çatdıqdan sonra “Neftçi”nin azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 azn cərimə olunur;

“Neftçi”nin baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığına görə 1 oyun cəzalanır;

Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə olunur;

I divizionun XII turunun “Qaradağ Lökbatan” – “MOİK” matçında“Qaradağ Lökbatan” matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur;

I divizionun XII turunun “Zaqatala” – “Turan Tovuz” matçında “Turan Tovuz”un 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

Oyunun 90+5-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Sənan Qocayev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur;

I divizionun XII turunun “Səbail” – “Keşlə” matçında “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

Oyunun 38-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

I divizionun XII turunun “Neftçi-2” – “Kəpəz” matçının 32-ci dəqiqəsində “Neftçi-2”nin futbolçusu Əmrah Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

Oyunun 33-cü dəqiqəsində “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur. Məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində məşqçi yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir;

I divizionun XII turunun “Zirə-2” – “Sumqayıt-2” matçından öncə keçirilən iclasda polis nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur.