"Neftçi"nin baş məşqçisinə 5 oyunluq diskvalifikasiya

AFFA İntizam Komitəsi "Neftçi"nin 16 yaşadək futbolçulardan ibarət komandasının çalışdırıcısı Mirbağır İsayevi cəzalandırıb.

Sportline.az federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb baş məşqçinin U-16 liqasının "Gəncə" klubu ilə oyunda hakimlər briqadasını təhqir etməsi olub.

Bu hərəkətinə görə texniki zonadan uzaqlaşdırılan mütəxəssis 5 oyunluq diskvalifikasiya edilib.