"Neftçi"nin "Bney Yehuda" ilə oyunlarının vaxtı

"Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə oyunlarının vaxtı müəyyənləşib.

Sportline.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, ilk oyun avqustun 8-də “Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək.

Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xatırladaq ki, "Neftçi" Tula "Arsenal"ına qalib (1:0, 3:0) gələrək növbəti mərhələyə yüksəlib.