"Neftçi"nin daha bir rəqibi məlumdur

Yanvarın 13-dən 27-dək Türkiyənin Antalya bölgəsində "The Sense De Luxe" otelində məskunlaşacaq "Neftçi"nin təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib. 

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" yanvarın 26-da Bolqarıstan "Beroe”si ilə qarşılaşacaq.

Qeyd edək ki, paytaxt komandası bu gün bir araya gələrək, məşqləri bərpa edəcək. Ayın 13-dək Bakıda təklim-məşq toplanışı keçəcək "Neftçi” həmin gün Türkiyəyə yola düşəcək. "Ağ-qaralar" ayın 18-də "Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə "Slovan” (Liberes, Çexiya) komandaları ilə yoxlama oyunu keçirəcək.