"Neftçi"nin düşərgəsində narahatlıq

"Neftçi”nin futbolçusu Rəhman Hacıyev zədələnib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki,yarımmüdafiəçi son məşqlərdən birində sol diz oynağından zədə alıb.

Hazırda müalicə olunan Hacıyevin yaxın müddətdə fərdi məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Hacıyev bu mövsüm 14 oyunda meydana çıxıb.