"Neftçi"nin düşərgəsində son durum

"Neftçi” komandası Azərbaycan Premyer Liqasının 24-cü turunda görüşəcəyi "Səbail”lə oyunun hazırlığına başlayıb.

Sportline.az xəbər verir ki, "Zirə” ilə qarşılaşmadan (4:2) sonra ikigünlük fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Aprelin 14-də "Bayıl Arena”da keçiriləcək "Səbail” – "Neftçi” oyunu saat 18:00-da başlanacaq.