"Neftçi"nin əvəzediciləri "İsmət Qayıbov"da hazırlaşır
"Neftçi” PFK-nın əvəzedici komandası yeni mövsümə hazırlığını davam etdirir. SportLine.az xəbər verir ki, dünən "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında məşq edən komandamız birgünlük istirahətə buraxılıb.
Baş məşqçi Mahmud Qurbanovun yetirmələri sabah "Səbail”in əvəzediciləri ilə yoxlama oyunu keçirəcək. "Bayıl Arena”da baş tutacaq görüş saat 10:00-da start götürəcək.