"Neftçi"nin əvəzediciləri məğlub oldu

Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi” PFK-nın əvəzedici komandası bu gün yoxlama oyunu keçirib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mahmud Qurbanovun yetirmələri "Səbail”in əvəzediciləri ilə qarşılaşıblar. "Bayıl Arena”da baş tutmuş görüşdə komandamız 2:3 hesabı ilə məğlub olub. "Neftçi”nin qollarını Kənan Qasımov və Azər İsmayılov vurub.

Qeyd edək ki, oyundan sonra 5 günlük istirahətə buraxılan əvəzedicilərimiz iyulun 11-də "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında məşqə çıxacaq.