"Neftçi"nin futbolçusu Afrikaya yollanır

“Neftçi” komandasının futbolçusu Mamadu Kane Qvineyanın 23 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət olunub.

Sportline.az paytaxt klubunun saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi U-23 Afrika Millətlər Kuboku çərçivəsində martın 20 və 24-də Seneqal yığması ilə keçiriləcək oyunlara çağırılıb.

Qeyd edək ki, Mamadu Kane bu mövsüm “Neftçi”nin heyətində 4 oyun keçirib.