"Neftçi"nin futbolçusu əməliyyat olundu

"Neftçi"nin zədəli futbolçusu Səlahət Ağayev əməliyyat olunub.

Sportline.az xəbər verir ki, təcrübəli qolkiper dünən Türkiyədə bıçaq altına girib.

Milli üzvünün əməliyyatı uğurlu keçib. Dirsəyindən əməliyyat olunan Səlahət 3 həftə sonra topla məşqlərə başlaya biləcək.

Səlahət Ağayev zədə səbəbindən bir müddətdi komandasına kömək edə bilmirdi.