"Neftçi"nin futbolçusu ərəb klubuna keçdi

"Neftçi” klubu futbolçusu Kvame Karikarini icarəyə verib.

SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qanalı hücumçu iyunun 1-dək BƏƏ-nin "Əl Oruba” klubunun formasını geyinəcək. "Əl Oruba” hazırda BƏƏ çempionatının birinci divizionda liderlər sırasındadır.

Qeyd edək ki, Kvame Karikari bu mövsüm "Neftçi”nin heyətində 10 oyunda meydana çıxıb, 2 qol vurub.