"Neftçi"nin futbolçusu fanatları təhqir etdi

“Neftçi”nin forvardı Baqali Dabo klubun fanatlarını təhqir edib.

Sportline.az xəbər verir ki, o, ilk olaraq,  şəxsi “İnstagram” səhifəsinin hekayə bölməsindən “neftchi.baku.fan.page” adlı azarkeş səhifəsi təhqir edib, daha sonra öz fotosunu paylaşaraq azarkeşlərin şərhlərinə qeyri-etik cavab yazıb.
 
Qeyd edək ki, buna səbəb azarkeş səhifəsinin futbolçu haqda tənqidi paylaşımı olub.

"Neftçi" cəbhəsində futbolçuların azarkeşlərə qarşı saymaz hərəkəti isə birinci dəfədi yaşanmır. Elə "Sabah"la Premyer Liqanın ilk tur matçından sonra baş məşqçi Roberto Bordin və müdafiəçi Kirill Petrov "istefa" şüarı səsləndirən azarkeşlər barədə "onlar "Neftçi" azarkeşi deyil, bu, öyrədilmiş hərəkətdi" demişdilər.