"Neftçi"nin futbolçusu millidə

"Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət alıb.

Sportline.az xəbər verir ki, avqustun 31-dən sentyabrın 12-dək milli komandanın düşərgəsində olacaq 28 yaşlı yarımmüdafiəçi KONKAFAF Milli Liqası çərçivəsində sentyabrın 10-da keçiriləcək Haiti – Sent Martin matçına çağırılıb.

Qeyd edək ki, Soni Mustivar Haiti seçməsinin heyətində 9 oyuna çıxıb.