"Neftçi"nin futbolçusu "Qarabağ"a keçə bilər

Çemionluq şansını itirən "Neftçi” hücumçusu Mirabdulla Abbasovdan məhrum olmağa yaxındır.

Sportline.az xəbər verir ki, 24 yaşlı hücumçunun xidmətində "Qarabağ” maraqlıdı. Qurban Qurbanov yay transfer dönəmində Abbasovu komandasına dəvət etməyi planlaşdırır.

Abbasov da bu transferə "yox” deməyə tələsməyib. Roberto Bordinin həmyerlisi Sansoneni "Neftçi”yə gətirdikdən sonra kölgədə qalan Mirabdulla "Qarabağ”da çıxış etməklə həm daha çox oynamağı, həm də Çempionlar Liqasında çıxış etməyi hədəfləyib.

Qeyd edək ki, futbolçunun "Neftçi”ylə müqaviləsi gələn mövsümün sonuna qədərdi. Tərəflər razılağa gəlsələr, "Qarabağ” bu keçidə görə "Neftçi”yə pul ödəməyə hazırdı.

Sport7.az