"Neftçi"nin futbolçusu üçün əlamətdar oyun

“Neftçi”nin futbolçusu Anton Krivotsyuk “ağ-qaralar”ın heyətində 50-ci oyununu keçirib. 

Sportline.az xəbər verir ki, müdafiəçinin yubileyi Topaz Premyer Liqasının 20-ci turuna təsadüf edib.

Antonun paytaxt klubundakı debütü 2017/18 mövsümünün əvvəlində olub. 

O, 2017-ci il avqustun 25-də “Kəpəz”lə görüşdə (0:0) meydana çıxıb.

Təxminən ilyarım ərzində Premyer Liqada 42, Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 2 matça çıxan müdafiəçinin hesabında iki qol var.

O, hər iki topu çempionatda vurub.