"Neftçi"nin futbolçusu zədələndi

"Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar Haiti milli komandasının düşərgəsinə yollanmayacaq.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb futbolçunun zədə almasıdır. Mustivar sağ budun orta 1/3-də birinci dərəcəli gərilmə diaqnozu ilə 7-8 gün müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.

Xatırladaq ki, yarımmüdafiəçi Haiti milli komandasının KONKAKAF Milli Liqası çərçivəsində sentyabrın 7-si və 10-u Kurakao seçməsi ilə keçirəcəyi oyunlara dəvət olunmuşdu.