"Neftçi"nin futbolçusu zədələnib

"Neftçi" komandasının futbolçusu Soni Mustivar zədələnib.

Sportline.az xəbər verir ki, Qana millisinin düşərgəsində olan Mustivar, məşqdə zədə alıb.

Top uğrunda mübarizə zamanı komanda yoldaşı Ceyms Qeffrardla toqquşan 29 yaşlı yarımmüdafiəçinin, sağ dizinin iç bağlarının qırıldığı bildirilir. Bu isə o deməkdir ki, o, 1 aydan 3 ayadək yaşıl meydanlardan kənarda qalacaq.