"Neftçi"nin futbolçusundan alqışa layiq hərəkət

“Neftçi”nin futbolçusu Vangelis Platellas balaca fanatına forma hədiyyə edib.

Soortline.az xəbər verir ki, son günlərdə köynəyinə Platellasın adını və nömrəsini yazaraq şəkil çəkdirən azarkeş istəyinə nail olub. Yunanıstanlı legioner həmin fanatın yaşadığı evə qonaq gedib, onunla şəkillər çəkdirib, avtoqraf verib.