"Neftçi"nin heyətində itki

"Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu son məşqlərdən birində daban oynağından zədə alıb.

Həkimlərin rəyinə görə, Məmmədov 3-4 həftə müalicə olunacaq. O, yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək.

Qeyd edək ki, təcrübəli qolkiper bu ilin yanvarında “Qəbələ”dən "Neftçi”yə transfer olunub.