"Neftçi"nin hücumçusu komandaya qayıtdı

Dario Frederiko "Neftçi”yə qayıdıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə münasibətlər rəsmiləşdirilib.

Onunla müqavilə 2 il müddətinə imzalanıb. 27 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 10 nömrəli formanı geyinəcək.

2018-19 mövsümündə "Neftçi”nin heyətində 17 oyunda 3 qol vuran Dario Frederiko Braziliyanın "Flamenqo” (2012-2014), "Fernandopolis” (2013), "Quaratinqeta” (2014), Portuqaliyanın "Trofensi” (2014-2015), Azərbaycanın "Kəpəz” (2015-2018) və Cənubi Koreyanın "Sonnam” (2017) və "Daequ” (2019) klublarında çıxış edib.