"Neftçi"nin iki zədələsi komandaya qoşuldu
"Neftçi” komandası Topaz Premyer Liqasının VI turunda qarşılaşacağı "Səbail”lə oyunun hazırlığını davam etdirir.
SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, flaqman bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Qoran Paratski və Kirilo Petrov da artıq komanda ilə hazırlığa qoşulub. Hazırlıq sabah da bir məşqlə davam edəcək.
Qeyd edək ki, sentyabrın 29-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Səbail” oyunu saat 18:55-də start götürəcək.