"Neftçi"nin ilk görüşünün məkanı müəyyənləşdi

"Neftçi” və "Speranta” klubları arasında Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu Azərbaycanda deyil, Moldovada baş tutacaq.

Sportline.az xəbər verir ki, bu barədə qərarı UEFA qəbul edib. Həmin görüş iyulun 11-də keçiriləcək. 

Cavab matçı isə bir həftə sonra – ayın 18-də "Bakcell Arena”da olacaq.