"Neftçi"nin istəmədiyi futbolçu "Qalatasaray"a keçdi

“Qalatasaray” heyətinə yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi nigeriyalı hücumçu Jesse Sekidika ilə 4.5 illik müqavilə imzalayıb.

Onun son klubu “Eskişehirspor” olub. 23 yaşlı forvard 2019-cu ilin yanvarında “Neftçi”də baxışda olub. Ancaq baş məşqçi Roberto Bordin onu bəyənmədiyi üçün geri göndərilib. O, Rumıniyanın "Qaz Metan” klubu ilə yoxlama matçında (3:0) iştirak da edib.

Əlavə edək ki, daha öncə Türkiyə mediası Sekidikanın "Trabzonspor"a keçəcəyini yazmışdı.

Qeyd edək ki, "Neftçi"nin düşərgəsindən aydıldıqdan sonra Sekidika birinci liqa təmsilçisi “Eskişehirspor”a keçib. O, keçən mövsüm 13 matçda 6 qol vurub. Bu mövsümə də Sekidika əla başlayıb. O, 14 matçda 8 qol vurub, 2 qolun isə ötürməsini edib. Bu uğurlu çıxışdan sonra o, Superliqa klublarının maraq dairəsinə düşüb.