"Neftçi"nin legionerləri millidə

"Neftçi”nin futbolçuları Soni Mustivar və Vild-Donald Gerye Haiti millisinə dəvət alıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gerye bir müddətli fasilədən sonra milliyə çağırılıb.

Mustivar və Gerye oktyabrın 10-da Kosta Rika ilə KONKAKAF Milli Liqası matçına, 15-də isə Boliviya ilə yoldaşlıq oyununa dəvət olunub.

Qeyd edək ki, Mustivar Haiti millisinin heyətində 16 oyunda 2, Gerye isə 44 oyunda 11 qol vurub.