"Neftçi"nin məşqi sükutla başladı

"Neftçi” komndası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışın 8-ci günündə səhər məşqinə çıxıb.

SportLine.az xəbər verir ki, məşqdən əvvəl klub prezidenti Kamran Quliyev futbolçularla 20 yanvar hadisələri haqda danışıb. Sonra Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Hazırlıq axşam məşqi ilə davam edəcək.