"Neftçi"nin növbəti rəqibi müəyyənləşdi

"Neftçi”nin Türkiyə toplanışında yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" iyunun 20-də "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Rusiyanın "OİK-Xabarovsk” klubu ilə qarşılaşacaq. "OİK-Xabarovsk" ötən mövsüm Rusiya Milli Liqasını (I Divizion) 58 xalla 7-ci pillədə başa vurub. 

Qey edək ki, qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi”nin iyunun 30-dakı rəqibi Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. İyunun 25-də baş tutacaq ikinci sınaq matçındakı rəqib hələ məlum deyil.