"Neftçi"nin oyunu italiyalıya həvalə olundu

Avropa Liqasının III təsnifat mərhələsinin "Bney Yehuda" - "Neftçi" görüşü üçün təyinatlar açıqlanıb.

Sportline.az xəbər verir ki, avqustun 15-də Petah Tikva şəhərində keçiriləcək görüş, italiyalı hakimlər briqadasına həvalə olunub. Referi Daniele Doveriyə Alessandro Kostantso və Alesio Tolfo yan xətt, Fabritsio Paskua dördüncü hakim qismində kömək edəcək. Fransalı Stefan Lannoy hakim-inspektor, estoniyalı Tarqo Kaldoya UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, "Itztadion HaMoshava"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.