"Neftçi"nin oyununda anşlaq olacaq

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Neftçi” – “Bney Yehuda” (İsrail) matçında stadionun tribunalarının tam dolacağı gözlənilir.

Sportline.az Qol.az-a istinadən xəbər verir ki, dünən axşama qədər satışa çıxarılan biletlərin 8 mini satılmışdı. 11 minədək tamaşaçı tutumu olan arenaya yerdə qalan biletlərin də oyun başlayanadək satılıb qurtaracağı proqnozlaşdırılır.

Qedy edək ki, ikinci mərhələnin “Neftçi” - “Arsenal” matçı zamanı da tribunalar tam dolmuşdu.

Xatırladaq ki, “Neftçi” – “Bney Yehuda” görüşü Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.