"Neftçi"nin pley-ofdakı potensial rəqibləri məlum oldu

Bu gün  Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə Avroliqadakı təmsilçisimiz "Neftçi"nin də pley-offdakı potensial rəqibləri məlum olub.

"Ağ-qaralar" 3-cü mərhələdə İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdırsa, pley-offda "Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi pley-offa çıxsa, ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.