"Neftçi"nin qapıçısında xəstəlik aşkarlandı

Premyer Liqanın 7-ci turunda "Səbail”lə oyunda zədələnən "Neftçi"nin qapıçısı Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəlib.
 
Sportline.az klubun saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə görə, təcrübəli qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.

Qeyd edək ki, Ağayev bu mövsüm "Neftçi"nin heyətində 13 oyunun hamısında meydana çıxıb.