"Neftçi"nin rəqibi Bakıya bu heyətlə gəlir

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq Macarıstanın "Uypeşt" komandası Bakıya 19 futbolçu ilə gəlir. SportLine.az xəbər verir ki, baş məşqçi Neboyşa Vinyeviç "Dalğa Arena"da keçiriləcək oyunda bu futbolçulara güvənəcək:

Qapıçılar: Filip Payoviç, David Banai, Benke Gundel-Takaş;

Müdafiəçilər: Kristof Şuts, Robert Litauşki, Miyuşko Boyoviç, Benjamin Balaş, Dzenan Burekoviç

Yarımmüdafiəçilər: Benke Pavkoviç, Benjamin Çeke, Alassandro Diallo, Boyan Sankoviç, Daniel Naqi, Donat Şoter, Obinya Nvobodo

Hücumçular: Patrik Tişler, Viktor Angelov, Branko Paulyeviç, Soma Novotnı.

Qeyd edək ki, “Neftçi” – “Uypeşt” görüşünün start fiti iyulun 12-i, saat 21:00-da səslənəcək.