"Neftçi"nin rəqibi çün 3 problem

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi"ni qəbul edəcək İsrailin "Bney Yehuda" klubunda itkilər var.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komandanın üç futbolçusu zədəlidir.

Müdafiəçi İtsik Azuz, yarımmüdafiəçilər - Amit Zenati və Eytan Velblüm zədədən əziyyət çəkir. Onların meydana çıxıb-çıxmayacaqları oyun günü müəyyənləşcək.

İlk qarşılaşmada "Bney Yehuda"nın müdafiəçisi Paz Ben Arinin dirsəyində sınıq aşkarlanmışdı.

Aqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Komandaların ilk dueli 2:2 hesablı heç-heçə ilə başa çatıb.