"Neftçi"nin rəqibi mərhələ adladı

"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sperantsa" Moldova kubokunda növbəti mərhələyə yüksəlib.

Sportline.az xəbər verir ki, 1/8 finalın cavab matçında səfərdə "Drokiya"nı 3:0 hesabı ilə məğlub edən Nisporeni təmsilçisi adını 1/4 finala yazdırıb. "Sperantsa" ilk oyunda da rəqibinə qalib gəlmişdi - 6:1.

Qeyd edək ki, "Neftçi" ilə "Sperantsa" arasında ilk oyun iyulun 11-də Moldovada olacaq və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə bir həftə sonra paytaxtımızda keçiriləcək.