"Neftçi"nin rəqibi müəyyənləşdi

"Neftçi”nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.

Sportline.az xəbər verir ki, "ağ-qaralar" iyunun 30-da "Fənərbağça Topuk Yaylası Resort and Sport” otelinin meydanında Ukraynanın "Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, "Neftçi" yeni mövsümə hazırlığa iyunun 10-da start verəcək. Hazırlığın ilk mərhələsi ayın 15-ədək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər.

Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-ədək Türkiyənin Topuk yaylası bölgəsində olacaq. "Fənərbağça Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komandamızın iyunun 20 və 25-də qardaş ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri hələ dəqiqləşməyib.