"Neftçi"nin rəqibi sürprizlər hazırlayır

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Arsenal" azarkeşlər üçün sürprizlər hazırlayır.

Sportline.az xəbər verir ki, Tula təmsilçisi oyun günü futbolsevərləri təəccübləndirmək üçün tədbirlər görür.

"Arsenal" stadionu ərazisində təşkil olunacaq fanzonada yarışlar, viktorinalar, mini-futbol oyunları keçiriləcək. Rəhbərlik bu addımı matça daha çox azarkeş gəlməsi üçün atır. Klub eyni zamanda yerli sakinləri tribunaları doldurmağa və komandanı dəstəkləməyə dəvət edib.

Qeyd edək ki, "Arsenal" - "Neftçi" oyunu iyulun 25-də keçiriləcək.