"Neftçi"nin rəqibində zədə

"Bney Yehuda"nın futbolçusu Amit Zenati Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə hər iki oyunu buraxacaq.

Sportline.az İsrail mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun zədələnməsidir. 22 yaşlı yarımmüdafiəçinin 14 gündən sonra məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, "Neftçi" ilə "Bney Yehuda" arasında ilk görüş avqustun 8-də “Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.