"Neftçi"nin rəqibindən 21 futbolçu

"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Moldovanın "Sperantsa" klubu sifariş ərizəsini UEFA-ya təqdim edib.

Sportline.az xəbər verir ki, siyahıda 21 futbolçuya yer verilib.

Qapıçılar: Denis Makoqonenko, Daniil Avdyuşkin, İqor Mostovey

Müdafiəçilər: Mihael Bolun, Bruno Barbosa, Oliver Fula, Tiexi, Stefan Efros, İon Arabaçi

Yarımmüdafiəçilər: Dayron Mendosa, Oprya, Felipe Ponse, Vlad Oprya, Konstantin Sandu, Fabrise Ambassa, Ruslan Kelar, Vladimir Titievski, Alişer Mirzoyev

Hücumçular: İon Draqan, Ferney, Yusuf Doma, Maksim Yurku

Qeyd edək ki, "Neftçi" ilə "Sperantsa" arasında ilk oyun sabah Moldovada keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq. Görüş yerli vaxtla 21:00-da start götürəcək.