"Neftçi"nin rəqibinə 3 cavabsız qol

Moldova çempionatında 15-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sperantsa" bu tur səfərdə "Şerif"in qonağı olub. Görüş qonaqların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 39-a çatdıran "Şerif" liderliyini möhkəmlədib. "Sperantsa" isə 19 xalla 6-cı sırada qalıb.