"Neftçi"nin sabiq futbolçusu Hindistan klubunda

"Neftçi"nin sabiq hücumçusu Daniel Seqoviya karyerasını Hindistan çempionatında davam etdirəcək.

Sportline.az xəbər verir ki, ispaniyalı futbolçu "Benqalur" klubu ilə müqavilə bağlayıb. Bu barədə Hindistan klubunun saytı məlumat yayıb. O, mövsümün sonuna kimi yeni komandasının sıralarında olacaq. 

Qeyd edək ki, Seqoviya yanvar ayında "Neftçi"dən ayrılıb.