"Neftçi" Moldovaya yollanır

“Neftçi” klubu, Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə görüş üçün Moldovaya yollanır.

Sportline.az klubun Facebook səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi bu gün səfərə çıxır.

Baş məşqçi Roberto Bordinin kollektivi bu dəqiqələrdə Bakı-İstanbul-Kişinyov marşrutu ilə səfərə yollanır. İtaliyalı mütəxəssisin ixtiyarında 24 futbolçu var. Komanda matçın son hazırlığını oyunun keçiriləcəyi "Zimbru" stadionunda edəcək.

Qeyd edək ki, "Sperantsa" - "Neftçi" matçı iyulun 11-də keçiriləcək.