"Neftçi"nin Türkiyə toplanışı davam edir

"Neftçi” komandası Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda hazırlıq prosesinin 5-ci günündə iki məşqə çıxıb.

Səhər məşqi fiziki təmrinlərə, axşam məşqi isə toplu çalışmalara həsr olunub. Komanda qonşu ölkədə ilk yoxlama görüşünü bu gün keçirəcək.