"Neftçi"nin Türkiyədə növbəti sınağı

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama oyununa çıxacaq. Sportline.az xəbər verir ki, paytaxt klubu, ikinci sınağında Rumıniyanın "Politexnika İaşi" klubu ilə qarşılaşacaq. "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydançasında olacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Qeyd edək ki, "Neftçi" ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla" klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar" iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.