"Neftçi"nin Türkiyədəki rəqibləri müəyyənləşdi

“Neftçi”qış fasiləsindəki təlim-məşq toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərdən ikisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, yanvarın 13-də Türkiyənin Antalya bölgəsinə yollanacaq komanda 5 gün sonra Rumıniyanın “Qaz Metan”, ayın 23-də isə Çexiyanın “Slovan” kollektivləri ilə qarşılaşacaq.

Ayın 26-dakı rəqibin adına aydınlıq gələndən sonra bu haqda məlumat veriləcək.

Qeyd edək ki, yanvarın 27-dək Türkiyənin Antalya şəhərində olacaq “Neftçi” Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq.