"Neftçi"nin veteranına sürpriz

"Neftçi" klubu veteran futbolçusu Çingiz İsmayılova sürpriz edib.

Sportline.az xəbər verir ki, klubun bazasına dəvət olunan İsmayılovu flaqmanın prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, əsas komandasının məşqçi və futbolçu heyəti təbrik edib, ona cansağlığı arzulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan futbolunun canlı əfsanəsi Çingiz İsmayılovun 83 yaşı tamam olur. 1935-ci ildə dünyaya gəlmiş "Pələng” ləqəbli qapıçı 1956 - 1961-ci illərdə "Neftçi”nin heyətində 96 oyun keçirib. O, futbolçu karyerasını bitirdikdən sonra 1987 - 1991-ci illərdə komandanın rəisi vəzifəsində çalışıb.