"Neftçi"nin yetirməsi əsas komandada

“Neftçi”  klubu, yetirməsi İsmayıl Zülfüqarlı ilə müqavilənin müddətinə artırıb.

Sportline.az klubun rəsmi Facebook  səhifəsinə istinadən xəbər verir ki, anlaşmaya görə, 18 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümünün sonunadək Bakı təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, bu mövsümdən əsas komandanın təlim-məşq toplanışında iştirak edən Zülfüqarlı “Neftçi-2”dən cəlb olunub.