"Neftçi"dən Ramil Şeydayevlə bağlı açıqlama

Moskvanın "Dinamo" klubundan ayrılacağı gözlənilən Ramil Şeydayevin "Neftçi"yə keçəcəyi iddia olunur. 
 
Sportline.az xəbər verir ki, yayılan xəbərlərdə, hazırda Bakıda olan futbolçunun "Neftçi" ilə danışıqlar üçün paytaxta gəldiyi bildirilir. 
 
Sport7.az "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxlayıb. Klub rəsmisi xəbəri təkzib edib: "Ramil Şeydayev ilə heç bir danışığımız olmayıb.
 
Onun Bakıya gəlməsinin "Neftçi" ilə əlaqəsi yoxdur. Ramil ilə "Neftçi" arasında danışıqlar olduğu ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir".