Nelson Semedoya ağır zədə

Portuqaliya millisinin müdafiəçisi Nelson Semedo zədələnib.
 
Sportline.az xəbər verir ki, “Barselona”nın 25 yaşlı futbolçusu “Avro-2020”nin seçmə mərhələsi çərçivəsində Serbiya ilə səfər matçında sıradan çıxıb. Rəqib futbolçu ilə toqquşma nəticəsində ağır zədə alan Semedo 65-ci dəqiqədə meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.
 
Qeyd edək ki, Portuqaliya Serbiyaya 4:2 hesablı ilə qalib gəlib.