"Nəticə çox da ürəkaçan olmadı" - Sənan Qurbanov

“Ötən tur evdə xal itrmişdik. Daha doğrusu, qələbə qazansaq da, qolumuz sayılmamışdı. Gənc hakimlər bir az daha diqqətli olsunlar. Onların səhvi bizi üç xaldan etdi”.

SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis matçı belə dəyərləndirib: "Bu gün qələbə qazanmaq istəyirdik. Nəticə çox da ürəkaçan olmadı. Bəzən rəqib səni müdafiə olunmağa məcbur edir. Biz gənc oyunçulara güvənirik. Yavaş-yavaş onlardan istədiyimizi alacağıq".

S.Qurbanov Rauf Əliyev və Voyislav Stankoviçin oynamamasını isə belə şərh edib: “Rauf bizim əsas oyunçularımızdandır. Bugünkü sistemə görə belə bir qərar verdik. Stankoviçi isə oyunöncəsi məşqdə zədələnməsi səbənindən heyətə daxil etmədik”.