"Neymar dünyanın ən yaxşısı olacaq" - Roberto Karlos
"Neymar kimi bir oyunçuya bütün klubların ehtiyacı var". SportLine.az xəbər verir ki, bu sözləri Braziliya millisinin sabiq üzvü Roberto Karlos deyib.
Polşanın paytaxtı Varşavada təşkil olunan "Street Style" yarışında iştirak edən R.Karlos Neymar haqqında danışıb. Onun fikrincə, Neymar yaxın gələcəkdə dünyanın ən yaxşısı olacaq:
"O, dünyanın ən yaxşısı olacaq. Az qalıb. Xüsusi bacarıqları var və oyun tərzi digərlərindən çox fərqlidir. Bu dəqiqə onunla bir çox klub maraqlanır. "Real"ın da adı o siyahıda var. Amma bu oyunçuya, təkcə "Real" yox, bütün klubların ehtiyacı var".
Qeyd edək ki, Neymarın cari mövsümün sonunda "Barselona"ya qayıdacağı gündəmdədir.